Rusiya prezidenti Vladimir Putin Vadim Titovu Prezident yanında Strateji Tərəfdaşlıq və Əməkdaşlıq İdarəsinin (SPS) rəhbəri təyin edib.
1xeber.media xəbər verir ki, müvafiq fərman oktyabrın 24-də rəsmi hüquqi informasiya saytında dərc olunub.
“Vadim Petroviç Titov Prezident Administrasiyasının Strateji Tərəfdaşlıq və Əməkdaşlıq üzrə İdarəsinin rəhbəri təyin edilsin”, - sənəddə deyilir.
Titov Rosatom Beynəlxalq Şəbəkəsinin (RIN) baş direktorudur. İki gün əvvəl Prezidentin İcra Aparatına (PA) yaxın mənbələr Titovun SPS rəhbəri postuna namizədlərdən biri olduğunu bildirmişdilər.

















