İran kəşfiyyatının əmri ilə Kiprdə İsrail milyarderi Tedi Saqinin və onun ətrafındakı dörd nəfərin sui-qəsdini planlaşdıran Azərbaycan əsilli Rusiya vətəndaşı Orxan Əsədov ömürlük həbs cəzasından yayınmaq üçün prokurorlarla razılığa gəlib.
1xeber.media xəbər verir ki, bu barədə "Fileleftheros" məlumat yayıb. Bildirilir ki, prokurorlar Əsədova qarşı terrorizm ittihamlarını digər ittihamlarla - qəsdən adam öldürməyə cəhd, silah saxlama və digər cinayətlərlə bağlı günahını etiraf etməsi müqabilində ləğv ediblər. İndi onu 14 ilə qədər həbs cəzası gözləyir.
Əsədov Rusiyada taksi sürücüsü və kiçik ticarətçi kimi çalışıb. O, İran kəşfiyyatı tərəfindən işə götürülüb və Qüds Qüvvələri ilə əlaqəli Hüseynçilər fraksiyasının üzvü kimi fəaliyyət göstərib.
2021-ci ilin sentyabr ayında, "missiyasını" yerinə yetirmək üçün Kiprə gəldikdən bir neçə gün sonra, Əsədov İsrail kəşfiyyat agentliyi Mossadın verdiyi məlumatlar əsasında yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

















