Amerikalı milyarder İlon Mask “Tesla” şirkətinin yaxın illərdə milyon ədəd insanabənzər “Optimus” robotu istehsal etməyi planlaşdırdığını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə “Wired” nəşri məlumat yayıb.
Məlumata görə, robotun seriyalı prototipi gələn ilin fevralında, genişmiqyaslı istehsalı isə ilin sonunda başlayacaq.
Mask “Tesla”nın investorlarla görüşü zamanı etiraf edib ki, bu qədər böyük sayda robot istehsal etmək onda müəyyən narahatlıq yaradır:
“Bu qədər çox robot ordusu yaratmaq fikri mənə diskomfort verir. Əgər onların üzərində güclü nəzarət mexanizmləri olmazsa, nəticələr təhlükəli ola bilər”.
Qeyd edək ki, “Optimus” layihəsi “Tesla”nın süni intellekt və robot texnologiyaları sahəsində ən iddialı təşəbbüslərindən biridir.

















