
Tamstore Marketlər şəbəkəsində satılan hər ətin hekayəsi doğma təbiətimizdən başlayır.
1xeber.media xəbər verir ki, Tamstore marketlərində satılan dana və quzu ətləri ölkəmizin ən böyük mal-qara bazarı olan Bərdə, Beyləqan və Ağcabədi rayonlarından alınır. Təbii şəraitdə böyüyən, sağlam heyvanlar xüsusi göstəricilərə uyğun olaraq mütəxəssislərimiz tərəfindən yerindəcə seçilir.
Seçilmiş heyvanlar xüsusi nəqliyyat vasitələri ilə kəsim məntəqələrinə gətirilir.
Ət emalı məntəqəsində kəsimin hər bir mərhələsi islami qaydalara riayət olunaraq, baytar nəzarəti altında həyata keçirilir. Qida təhlükəsizliyi və baytarlıq normalarının tələblərinə uyğun laboratoriyalarda götürülən nümunələr əsasında aparılan analizlər ətin keyfiyyəti, istehlaka yararlılığı və satışa uyğunluğu yoxlanılır. Ətlər yalnız baytar həkimin rəsmi təsdiqindən keçdikdən və uyğunluq sənədi verildikdən sonra satış üçün hazırlanılır. Soyuq qida zəncirinin qorunmasını və gigyenik normaları təmin etmək etmək üçün ətlər xüsusi soyuduculu yük avtomobilləri ilə mağazalara çatdırılır.
Məhsullar mağazalarda isə professional qəssablar tərəfindən hissələrə bölünərək rəflərdə sizlərə təqdim edilir. Bütün bu mərhələlərdə hər tikə ət süfrənizə gələnədək öz keyfiyyətini və ləzzətini saxlayır.
Yerli və təzə ət üçün Tamstore-a gəlin! Çünki ət bizim işimizdir!
















