ABŞ Rusiya ilə sülh və ticarət danışıqları aparmalıdır, Moskvanı müharibəyə təhrik etməməlidir.
1xeber.media xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna X sosial media hesabında yazıb.
"Amerika ticarət imkanlarını qəbul etməli və sülhə can atmalıdır, Rusiya ilə neokonservativ müharibə gündəmini gütməməlidir. Bütün amerikalıların xeyrinə sülh və ticarət danışıqları haqqında açıq dialoq apara bildiyimiz halda, biz nə üçün bir fövqəldövləti özümüzdən uzaqlaşdırmalıyıq?" siyasətçi soruşdu.
Qeyd edək ki, Luna bir müddət əvvəl Ukraynada münaqişə bitdikdən sonra Rusiya ilə ABŞ arasında trilyon dollarlıq sövdələşmənin olacağını proqnozlaşdırmışdı.
















