Bugünlərdə borca-xərcə düşən Tahir Kərimli 1998-ci ildən sədirlik etdiyi Vəhdət Partiyasını Adəm İsmayıl Bakuviyə satdı. Bu gün isə Ana Vətən Partiyasında sədrlik uğrunda seçki keçirilib. Fəzail Ağlamalının qızı və oğlu namizədliyin irəli sürüb. Fəzail müəllim deputat qızına səs verib. Elə bu səbəbdən də F. Ağamalı ilə oğlu arasında dava düşüb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata ilə oğulu bir-birindən ayırıblar...
“Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu”. Elçin Ağamalı belə deyib...
Azərbaycanda siyasi mühit bu qədər eybəcərdir, bu qədər murdardır. Yəni partiyalar alış-satış predmetidir. Eyni zamanda partiyalar atadan balaya ötürülür.
Xatırladım ki, Fəzail Ağamalı 1995-ci ildən Milli Məclisdə lövbər salıb. 60 saylı Salyan-Neftçala dairəsini bron edib. Guya Salyanda deputat seçilə biləcək birisi yoxdur. Son parlament seçkisində isə Fəzail müəllim deputat yerini qızı Günaya bağışlayıb...
İqtidar nədən Fəzail Ağamalıya bu qədər üstünlük verir?
Çünki o, Heydər Əliyev haqqında hazırlanmış kitabın Baş redaktoru olub. O, 2005-ci ildə "Dövlətçiliyimizdə İlham Əliyev mərhələsi" və 2010-cu ildə isə Sankt-Peterburqda çapdan çıxan "Prezident-Reformator" monoqrafiyalarının müəllifidir...
Bəs Fəzail Ağamalı qurultay keçirilən zaldakı işığı niyə söndürüb?
Deyim siz də bilin. Qəfildən Ağamalı bəyin yadına Aygün Kazımovanın "Qoy işığı söndürüm" mahnısı düşüb. O da özündən xəbərsiz şəkildə işığı söndürüb...
Elbəyi Həsənli
P.S. Yazı müəllifin Feysbuk hesabında paylaşılıb.
















