Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
1xeber.media xəbər verir ki, 52 yaşlı Seymur Fətəliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibidir.
O, 1990-1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997-2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999
2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006-2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb.
2009-2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib. 2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirib.
2018-2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb. 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunub.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə S.Fətəliyevə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub, 2015-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.
















