Dünya katoliklərinin mənəvi lideri və Vatikanın dövlət başçısı Papa XIV Leo 27-29 noyabr tarixlərində Türkiyəyə rəsmi səfər edəcək. Bu səfər Papa XIV Leonun vəzifəyə gəldikdən sona ilk beynəlxalq səfəri olacaq.
1xeber.media "Anadolu"ya istinadən xəbər verir ki, səfər üç gün davam edəcək.
Pontifik əvvəlcə 27 noyabrda Ankarada rəsmi görüşlər keçirəcək, daha sonra isə həmin günün axşamı İstanbula baş çəkəcək.
Səfərinin ikinci günündə, 28 noyabrda Papa İstanbuldan Nikeya şəhərinə gedəcək və xristian tarixində mühüm bir dönüş nöqtəsi olan Birinci Nikeya Şurasının 1700 illiyini qeyd etmək üçün keçirilən mərasimlərdə iştirak edəcək.
Papa XIV Leo 29 noyabrda Sultanəhməd məscidini ziyarət edəcək, sonra isə İstanbuldakı xristian icmaları ilə görüşəcək. Elə həmin gün Papanın "Volkswagen Arena"da ayin keçirməsi planlaşdırılır.
















