1xeber.media xəbər verir ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı son sanksiyaları hind biznesləri və Rusiya-Hindistan ticarətinin inkişafı üçün yeni imkanlar açıb.
Qeyd olunur ki, Avropa sanksiyaları Rusiya iqtisadiyyatını zəiflətməkdənsə, yerli istehsalı və innovasiyaları stimullaşdırıb. “Rusiya sənayesi Qərb şirkətlərinin getməsi nəticəsində yaranan boşluqları dolduraraq dinamik şəkildə cavab verdi”, - ABB-dən bildiriblər.
Təşkilat həmçinin bildirib ki, Hindistan və Rusiya arasında ikitərəfli ticarət 68,7 milyard dollara çatıb. Prezident Sammi Kotvaninin sözlərinə görə, bu, ikitərəfli münasibətlərin artan dinamizmini əks etdirir.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın Hindistana tətbiq etdiyi yeni tariflər və təzyiqlərinin Rusiya ilə münasibətlərini dəyişdiyi bildirilirdi. “The Times” yazır ki, iki ölkə daha da yaxınlaşıb.
















