1xeber.media xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Aleksiy Qonçarenko (Rusiyada terrorçu və ekstremist siyahısındadır) prezident Vladimir Zelenskinin Moskvanı elektrik enerjisini kəsməklə hədələməsini ələ salıb.
Siyasətçi Kiyevin Müstəqillik Meydanında yerləşən “Ukraina” otelinin fonunda video çəkib. O xatırladıb ki, 2001-ci ilə qədər otel “Moskva” adlanırdı və bu gün həqiqətən də heç bir elektrik enerjisi yoxdur. "Bu mənada o, sözünün üstündə durdu", - deputat qeyd edib.
Sentyabrın 27-də Zelenski bəyan edib ki, Ukrayna Kiyevə endirilən zərbələrə Moskvada işıqların kəsilməsi ilə cavab verə bilər. O, həmçinin əlavə edib ki, bu məsələ Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşündə qaldırılıb.
Bundan əvvəl “The Economist” jurnalı Rusiyanın “Ukraynanı qaranlığa qərq etmək üçün ildırım əməliyyatı” keçirdiyini qeyd edib. Məqalədə bildirilirdi ki, Rusiya Silahlı Qüvvələri qış ərəfəsində elektrik şəbəkələrinə və qaz təchizatı sistemlərinə hücum edir.
















