 Macarıstanın baş naziri Viktor Orban ABŞ prezidenti Donald Trampla noyabrın 7-də Vaşinqtonda planlaşdırılan görüşünün Rusiya lideri Vladimir Putinlə Budapeştdə keçiriləcək sammitin yaxınlaşmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

1xeber.media xəbər verir ki, siyasətçi bu barədə Radio Kossuth-da bildirib.
"Düşünürəm ki, biz görüşə yaxınlaşa bilərik. Prezident Trampla müzakirə edəcəyimiz mühüm mövzulardan biri Ukraynada sülh olacaq", - Macarıstanın baş naziri deyib.
Orban onu da əlavə edib ki, o, Amerika lideri ilə Macarıstan və ABŞ arasında iqtisadi əməkdaşlığın inkişafını müzakirə etməyi planlaşdırır. O əlavə edib ki, Ağ Ev görüşü üçün artıq iqtisadi və maliyyə məsələləri üzrə sazişlər paketi hazırlanır.
Oktyabrın 27-də Orban ABŞ prezidenti Donald Trampla görüşü zamanı Rusiyanın neft sektoruna qarşı sanksiyaları müzakirə etmək niyyətində olduğunu açıqlayıb. O, Trampın Rusiyanın neft sektoruna yeni məhdudiyyətlər qoymasının səhv olduğunu bildirib. O, xüsusilə ölkəsi üçün bu vəziyyətdən çıxış yolu tapmağa çalışacağına əmin edib.