31 oktyabrda III Sinemo Beynəlxalq Mobil Film Festivalının mükafatlandırma mərasimi keçirilib.
1xeber.media xəbər verir ki, mərasim Nizami Kino Mərkəzində baş tutub.
Festivalın əsas mükafatı olan “Ən yaxşı bədii film” mükafatına rejissor Fərid Kərimin "Yer kürəsinin sakinləri" (The Earth’s Inmates) bədii filmi layiq görülüb.
Qeyd edək ki, festivalın təsisçisi məşhur aktyor Ruslan Sabirlidir. Yerli münsiflər heyətində kinorejissor Məzahir Həşimov, ssenarist Elvin Paşa, kinorejissor Amil Amal yer alıb.

















