Ukrayna Pravoslav Jurnalistlər İttifaqının (UOJ) və Ukrayna Pravoslav Kilsəsi (UOC) ətrafındakı vəziyyəti işıqlandıran Birinci Kazak telekanalının 14 nümayəndəsinə qarşı sanksiya tətbiq edib.
1xeber.media xəbər verir ki, bu barədə sərəncamı oktyabrın 31-də Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.
“Əlavəyə (fiziki şəxslərin sanksiya siyahısı – red.) uyğun olaraq fiziki şəxslərə qarşı şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlər (sanksiyalar) tətbiq olunsun”, - deyə Zelenskinin ofisi öz saytında bildirib.
Məhdudlaşdırıcı tədbirlərə Ukraynadakı aktivlərin bloklanması, lisenziyaların ləğvi, rəsmi səfərlərdə iştirakın qadağan edilməsi və əqli mülkiyyətin ötürülməsinin qadağan edilməsi daxildir. Bundan əlavə, jurnalistlərə mədəni mübadilələrdə və elmi əməkdaşlıqda iştirak etmək qadağandır. Onlar həmçinin Ukraynanın bütün dövlət mükafatlarından məhrum ediləcəklər.

















