Ermənistanın Tavuş vilayətinin Aqarçin kəndində tələbələri daşıyan sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Hadisə Haqartsin monastır kompleksinin yaxınlığında baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində 30 nəfər yaralanıb.
Səhiyyə nazirinin müavini Armen Qasparyan hadisə yerinə səfər edib. Əməliyyat olunan bir neçə xəstənin vəziyyəti stabil və ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti orta ağırdır.
***
Ermənistanda içərisində 50 sərnişin olan avtobus aşıb.
1xeber.media xəbər verir ki, qəza Haqartsin monastırı yaxınlığında baş verib. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, avtobusda Bryusov Dilçilik Universitetinin tələbələri olub.
Hazırda 18 yaralı məlumdur, onlardan birinin vəziyyəti ağırdır.
















