Sumqayıtda tapılan eşitmə və danışma qüsurlu azyaşlının valideynləri müəyyən edilib.
1xeber.media Oxu.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi axtarışlar nəticəsində uşağın valideynlərinin Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yaşadıqları və dilənçiliklə məşğul olduqları üzə çıxıb.
Qeyd edək ki, azyaşlı noyabrın 1-i saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində tapılmış, daha sonra polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilmişdi.

















