Bakıda 147 nömrəli Texniki və humanitar fənlər liseyinə yeni direktor təyin edilib.
1xeber.media xəbər verir ki, müvafiq əmr Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilib.
Əmrə əsasən, Kəmalə Şahmirova məktəbin direktoru təyin olunub.
O, daha əvvəl Ağdam rayon 31 nömrəli ümumi orta məktəbə rəhbərlik edib.

















