Məlum olduğu kimi, ötən həftə dövlətə xəyanətdə ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilən Ramiz Mehdiyevin Rusiyada müəyyən strukturların rəhbərlərinə yazdığı məktub üzə çıxıb.
Sözügedən məktub Ramiz Mehdiyevin, həqiqətən də, xarici qüvvələrin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı qurduğunu ifşa edib. Məktubda Mehdiyevin çevriliş planından sonra arzusunda olduğu dövlət idarəetmə quruluşu forması açıq şəkildə öz əksini tapıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, həmin məktubun Ramiz Mehdiyevin diqtəsi ilə bu gün həbs olunan Eldar Əmirov tərəfindən yığıldığı güman olunur.
Belə ki, Eldar Əmirova qarşı dövlət çevrilişinə cəhddə iştirak ittihamı irəli sürülüb.
Uzun illər Mehdiyevin “sağ əli” olan Əmirovun həbsinə də məhz həmin məktubun səbəb olduğu iddia edilir.
Qeyd edək ki, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev işinə görə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib. Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib. Ramiz Mehdiyevin “müəllifi olduğu” kitab və məqalələrin əksəriyyətini məhz Eldar Əmirov yazıb.

















