Kursk vilayətində Ukrayna silahlı qüvvələrinin yaraqlıları tərəfindən öldürülən 300 nəfərin meyiti çıxarılıb.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi hərbi istintaq orqanlarının əməkdaşı Aleksandr Qluxarev açıqlayıb.
"Kursk vilayətində Baş Hərbi İstintaq İdarəsinin işi zamanı mülki şəxslərin cəsədləri artıq sərhəd bölgəsindən təxliyə edilib, onların ümumi sayı 300-dən çoxdur. Onlar müvafiq olaraq morqa təhvil verilib, sonradan ekspertiza keçirilib və meyitlər yaxınlarına təhvil verilib", - deyə o qeyd edib.
Onun sözlərinə görə, təxliyə ilə yanaşı, avqustun ortalarından etibarən bir neçə əməliyyat-axtarış tədbirləri həyata keçirilib və bu əməliyyatlar zamanı ukraynalı yaraqlılar tərəfindən vəhşicəsinə qətlə yetirilən 112 yerli sakinin cəsədi tapılaraq eksqumasiya olunub. Bundan sonra meyitlər axtarış qrupları tərəfindən şəhər morquna təhvil verilib.
Xatırladaq ki, 2024-cü il avqustun 6-da Ukrayna silahlı qüvvələrinin bölmələri Kursk vilayətini işğal edib. Onların nəzarəti altına ala bildikləri ən böyük yaşayış məntəqəsi Sudja olub.
Martın əvvəlində rus qoşunları Kursk vilayətində genişmiqyaslı hücuma keçdi və bir neçə gün ərzində 1100 kvadrat kilometrdən çox ərazini azad etdi.

















