1xeber.media xəbər verir ki, tədqiqatçılar Böyük Britaniya sahillərində rekord sayda nəhəng meduza qeydə alıblar.
Məqalədə deyilir: "Bu il Böyük Britaniyada Kornuolldan Hebrid adalarına qədər nəhəng meduza müşahidələri artıb".
Bu meduza növü Rhizostoma pulmo adlanır, həmçinin barrel meduza kimi də tanınır. Demək olar ki, eni bir metrə qədər böyüyə bilər və çəkisi 35 kq-a qədər ola bilər.

















