1xeber.media xəbər verir ki, ABŞ prezident Donald Trampın əmrindən sonra nüvə başlıqlı Minuteman III ballistik raketinin ilk sınaq buraxılışını keçirəcək.
Buraxılış ilkin olaraq Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından planlaşdırılır. Raket Marşal adalarında Ronald Reyqan raketdən müdafiə poliqonuna doğru əvvəlcədən müəyyən edilmiş trayektoriya ilə hərəkət edəcək.
ABŞ Hərbi Hava Qüvvələrinin təxminən 400 Minuteman III raketinə sahib olduğu bilinir və bu raketlər altı min mildən çox mənzilə malikdir. Onlar Kolorado, Montana, Nebraska, Şimali Dakota və Vayominqdə siloslarda yerləşirlər.
Əvvəllər Tramp ABŞ-da dərhal nüvə silahının sınaqdan keçirilməsinə göstəriş vermişdi. O, bunun silahların işləməsini təmin etmək üçün lazım olduğunu söylədi.

















