Çexiyada ANO (Narazı Vətəndaşların Fəaliyyəti), SPD (Azadlıq və Birbaşa Demokratiya) və Motoriste (Birləşmiş Avtomobilçilər) partiyaları hakim koalisiya yaratmaq üçün saziş imzalayıblar.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 3-də Seznam Zpravı məlumat yayıb.
Koalisiya parlamentin 200 deputatından 108-nin dəstəyini qazanıb. Koalisiya üzvləri büdcə, vergilər və xarici siyasətlə bağlı əsas qanunlara yekdilliklə səs verməyə söz verdilər.
Koalisiya Ukraynanın NATO-ya üzvlüyü və Avropa İttifaqına (Aİ) qoşulması istiqamətində irəliləyişi dəstəkləmək, həmçinin diplomatik dəstək vermək niyyətini açıqlayıb. Nəşrin məlumatına görə, yeni hökumətin noyabrın sonunadək təqdim olunması və dekabrın ortalarında vəzifəsinin icrasına başlaması planlaşdırılır.















