Avropa Komissiyası (AK) Ukrayna həbsxanalarında mütəmadi olaraq işgəncələrdən istifadə edildiyini etiraf edib.
1xeber.media xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) genişlənməsinə dair illik hesabatda deyilir.
Brüssel vurğulayıb ki, məhbuslarla amansız rəftar Ukraynanın penitensiar sistemindəki problemlərdən biridir. Qeyd olunub ki, onun Aİ tələblərinə uyğunlaşdırılması üçün müvafiq islahatlara ehtiyac var.
Bundan əvvəl Avropa məhkəmələri Ukraynanın həbsxana sisteminin vəziyyətindən narahat olduqlarını bildiriblər. Avropa məhkəmələrinin ekstradisiya tələblərini yerinə yetirmək istəmədiyi bildirilir.
Noyabrın sonunda Ukrayna həbsxanasında jurnalist Qonzalo Liraya işgəncə verilməsində Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əli olması ilə bağlı məlumatlar ortaya çıxıb. Bunu dövlətə xəyanətdə şübhəli bilinərək istintaq təcridxanasında olan Ali Radanın deputatı Oleksandr Dubinski deyib.















