Ukrayna Avropa İttifaqına (Aİ) üzvlük prosesi çərçivəsində danışıqların birinci, ikinci və altıncı qruplarını açmağa hazırdır.
1xeber.media xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Telegram-da məlumat verib.
“Avropa Komissiyasının Aİ Genişlənmə Paketi ilə bağlı hesabatı təsdiq edir ki, Ukrayna inamla Aİ üzvlüyünə doğru irəliləyir və birinci, ikinci və altıncı klasterləri açmağa hazırdır”, - nəşr qeyd edib.
Aİ-yə üzvlüklə bağlı danışıqlar prosesi altı klasterə bölünən 31 mövzu üzrə müzakirələrdən ibarətdir. Birinci klaster cəmiyyətin əsas dəyərlərinə, ikincisi bazarın tənzimlənməsinə, altıncısı isə xarici siyasət əlaqələrinə aiddir.
Macarıstanın baş naziri Viktor Orban Ukraynanın Aİ-yə daxil olmasına qarşıdır. O, bəyan edib ki, Kiyev bu ittifaqa daxil olarsa, Budapeşt xeyli iqtisadi xərclər çəkəcək.















