Rusiya prezidenti Vladimir Putin ilboyu hərbi xidmətə çağırış haqqında federal qanunu imzalayıb.
1xeber.media xəbər verir ki, müvafiq sənəd hüquqi aktların dərci üçün rəsmi portalda dərc olunub.
İndi təqvim ili ərzində tibbi müayinələr, peşəkar psixoloji skrininq və çağırış şurasının iclasları keçiriləcək. Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması ildə iki dəfə həyata keçiriləcək. Birinci mərhələ aprelin 1-dən iyulun 15-dək, ikinci mərhələ isə oktyabrın 1-dən dekabrın 31-dək olacaq.
Dəyişikliklər, həmçinin hərbi komissarlığa hesabatların verilməsi üçün müddətlərin müəyyən edilməsini nəzərdə tutur. Elektron çağırış vərəqəsini alanlar “Qosusluq” portalında bildiriş verildiyi tarixdən ən geci 30 gün müddətində hərbi komissarlığa məlumat verməlidirlər. Artıq çağırışçıların çağırışdan azad olunmaq və ya möhlət almaq üçün şəxsən gəlmələrinə ehtiyac qalmayacaq. Hərbi komissarlıqlar da öz növbəsində indi vətəndaşlara hərbi qeydiyyat kitabından çıxarışları, o cümlədən elektron formatda vermək hüququna malikdirlər.
Oktyabrın sonunda Federasiya Şurası əvvəllər Dövlət Dumasından müsbət qiymət almış yuxarıda adı çəkilən qanunu təsdiqlədi. Deputat Andrey Kartapolov bu təşəbbüsü işə qəbul mərkəzləri arasında iş yükünün bölüşdürülməsi və hərbi çağırışın keyfiyyətinin yüksəldilməsi imkanı kimi izah edib.















