Kaliforniyanın keçmiş prokuroru, Fox News aparıcısı və ABŞ prezidenti Donald Trampın yaxın müttəfiqi Kimberli Qilfoyl Yunanıstana səfir təyin edilib.
1xeber.media xəbər verir ki, o, Yunanıstandakı ilk qadın ABŞ səfiri kimi rəsmi olaraq andiçmə mərasimi keçirib.
Bir vaxtlar Donald Tramp-balaca ilə nişanlı olan 56 yaşlı Qillfoyl, 29 sentyabrda Vaşinqtonda and içdikdən sonra diplomatik etimadnaməsini Yunanıstan prezidenti Konstantin Tassulasa təqdim edib. Yeni səfirin gəlişi ABŞ-ın Yunanıstan liman qurğuları vasitəsilə Şərqi Avropaya mayeləşdirilmiş təbii qaz ixracını artırmağa çalışdığı bir vaxta təsadüf edir.















