Rusiya prezidenti Vladimir Putin “Oreşnik” raket komplekslərinin seriyalı istehsalına başlandığını elan edib.
1xeber.media xəbər verir ki, O, bu barədə “Burevestnik” və “Poseydon” raket sistemlərinin tərtibatçılarının mükafatlandırılması mərasimində bildirib.
“Biz “Oreşnik” orta mənzilli raket kompleksini hazırlamışıq, yerləşdirmişik və seriyalı istehsalına başlamışıq”, - dövlət başçısı bildirib.
Putin vurğulayıb ki, Rusiya ordusunun müasir texnika və qabaqcıl silah sistemləri, o cümlədən “Oreşnik”lə təmin edilməsi planları həyata keçirilir.
Bundan əvvəl prezident bəyan etmişdi ki, Rusiya yeni nəsil nüvə mühərrikli qanadlı raketlər üzərində işləyir və nəticədə bu raketlər hipersəsə çevriləcək. O, “Burevestnik”in güclü, ultra kiçik nüvə reaktorlarını vurğuladı. İstifadəyə verilməsi saniyələr çəkir, adi reaktorlar isə saatlar və hətta günlər tələb edir.















