Müharibə başlanan gün hərbi hissəyə həyəcan siqnalı gəlir.
Komandir Əsgərlərə xəbər verir. Əkbər və İqbal komandirin əmrinə əsasən Tərtər rayonunun Talış kəndinə əks-həmlə əməliyyatına yollanırlar.
İki gün sonra səhər saatlarında Talış kəndinə düşmənin atdığı minamyot nəticəsində hər iki dost qəlpə yarası alır və qəhrəmancasına Şəhid olurlar.
8 oktyabrda Əkbərin dostlardan biri Səbuhi, Cəbrayıl rayonun alınması zamanı Şəhid olur.
Digər dostu İsrail isə Əkbərin Şəhid xəbərini eşidən kimi onun kimliyini götürüb öz formasına yapışdırır və müharibəyə yollanır. İsrail müharibədə 10 gün iştirak edir. Yaxın dostlardan tək qalan İsrail Suqovuşanda Şəhidlik zirvəsinə ucalır..

















