İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının hərbçilərin nəzarətində olan ərazilərdə Fələstin HƏMAS hərəkatının infrastrukturunu və döyüşçülərini məhv etməyə davam etmək niyyətindədir.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 5-də müdafiə naziri İsrael Katz məlumat verib.
“İsrailin Qəzzadakı siyasəti aydındır: İD bizim nəzarətimiz altında olan “sarı zona”da heç bir məhdudiyyət olmadan tunelləri məhv etməyə və HƏMAS yaraqlılarını zərərsizləşdirməyə çalışır”, - “The Times of Israel” Katzdan sitat gətirib.
O qeyd edib ki, bütün girovların qaytarılması ilə yanaşı, İDF-nin məqsədi həm də HƏMAS-ı tərksilah etmək və Qəzzanı demilitarizasiya etməkdir. Hərbi hesablamalara görə, hazırda İsrailin nəzarətində olan ərazilərdə 200 Həmas döyüşçüsü tunellərdə qalır.

















