Digər məşhur Avropa ölkəsi Almaniya 2026-cı il yanvarın 1-dən Rusiya vətəndaşlarının beş illik pasportlarının tanınmasını dayandıracaq.
1xeber.media xəbər verir ki, bu barədə Almaniyanın Rusiyadakı səfirliyinin saytında məlumat verilib.
Köhnə tipli pasportla Almaniya vizası almış şəxslər üçün istisna ediləcəyi vurğulanır.
Hazırda Çexiya, Estoniya, Fransa, İslandiya, Litva və Latviya köhnə tipli rus pasportlarını (beş illik pasportlar) tanımır.
Avropa ölkələri 2025-ci ilin əvvəlindən ardıcıl olaraq 5 illik pasportlara qadağa qoyur. Artıq belə ölkələrin siyahısı Danimarka, Fransa, Çexiya, Estoniya, İslandiya, Norveç, Litva və Litva kimi genişləndirilib. Rusiya Turoperatorları Assosiasiyası qeyd edib ki, Avropaya səfər etməyi planlaşdıran turistlərə biometrik pasportlar əldə etmək tövsiyə olunur.
Daha əvvəl Parisi görmək istəyən rusiyalı cütlük səhv ucbatından Fransa paytaxtının hava limanından deportasiya edilib. Cütlüyün sənədləri Rusiya pasportu sahiblərinin biometrik məlumatlar olmadan Fransaya gedə bilməyəcəyini bildirən yeni qaydaya görə müsadirə edilib.

















