ABŞ prezidenti Donald Tramp Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin növbəti Konqres seçkilərindən geri çəkilmək qərarını şərh edərək, bunu Amerika üçün böyük hadisə adlandırıb.
1xeber.media xəbər verir ki, O, bu barədə noyabrın 6-da Fox News telekanalında məlumat verib.
"Nensi Pelosinin gedişi Amerika üçün böyük hadisədir. O, şər idi, korrupsioner idi və diqqətini yalnız ölkəmiz üçün pis olana yönəltmişdi", - Tramp deyib.
Prezident həmçinin əlavə edib ki, Pelosi "partiyasına nəzarəti sürətlə itirir" və "kobud şəkildə həddən artıq qiymətləndirilmiş siyasətçidir".

















