1xeber.media xəbər verir ki, Noyabrın 7-də NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrində, o cümlədən Rumıniyada kifayət qədər hava hücumundan müdafiə sistemlərinin olmadığını etiraf edib.
"Bəli, mən razıyam, bu həm Rumıniyanın özünə, həm də müttəfiqlərimizə aiddir. NATO-nun Avropa ərazisində biz hava hücumundan müdafiə sistemlərinin potensialını 400% artırmalıyıq. Bizə bu sistemlərdən beş dəfə çox, o cümlədən, şübhəsiz ki, Rumıniyada lazımdır", - o, Antena 3 telekanalına müsahibəsində deyib.
Bundan başqa, Rutte aydınlaşdırdı ki, Şimali Atlantika Alyansı müdafiə sənayesi üçün maliyyəni artırmağa razılaşıb.

















