“Ramiz Mehdiyev məsələsində əsas məqsəd ondan ibarətdir ki, bu ailə törətdiyi cinayətləri bir-bir boyunlarına alsın”.
1xeber.media xəbər verir ki, bu sözləri TV Müsavatın “Canlı debat” verilişində eks-spiker Rəsul Quliyev bildirib.
Onun sözlərinə görə, Prezdent Administrasiyasının eks-rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin hələ də Fövqəladə Hallar Nazirliyində çalışmasının da səbəbi var:
“Mən Mehdiyevin oğlunun da atası kimi “savadlı” adam olduğunu düşünmürəm. Atasının akademik olduğunu deyirlər. Hər halda, onun oğlunun hələ də Fövqəladə Hallar Nazirliyində saxlanılmasının bir səbəbi var. Amma oğlu orda saxlanılmayacaq və nazirlikdən çıxarılacaq. Ondan başqa, oğlunu da həbs edəcəklərini düşünürəm”.
Aparıcının “siz oğul Mehdiyevin də atası ilə birgə dövlət çevrilişinə cəhd prosesinin içərisində olduğunu düşünürsüz” sualına cavabda isə R.Quliyev bildirib ki, oğlunun həbs olunması üçün o planın içərisində olmasına gərək yoxdur:
“Onun atası bu səviyyədə cinayət törədibsə, nə ailəsini bağışlayarlar, nə də çox yaxın qohumlarını. Səni Akademiyaya prezident qoyalar, sən də dövlət çevrilişinə cəhd edəsən. Ondan sonra da Rusiyaya məktub yazasan ki, mən sizin adamınızam, mənə kömək edin padşah olum. Onun nəinki özünü, ailəsinin üzvlərini də bağışlamayacaqlar”.

















