İstanbul Respublika Prokurorluğu rəsmi olaraq İsrailin baş naziri Binyamin Netanyahu və daha bir neçə yüksək vəzifəli İsrail rəsmisinin həbsinə order verib.
1xeber.media xəbər verir ki, bu barədə bugün Kıbrıs noyabrın 7-də ofisin mətbuat xidmətinə istinadən məlumat yayıb.
“İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yisrael Katz da daxil olmaqla 37 şübhəlinin soyqırım və insanlığa qarşı cinayətlərdə ittiham olunaraq həbsinə order verilib”, - ofisin mətbuat xidmətindən bildirilib.
Bəyanatda vurğulanır ki, İsrail hakimiyyəti soyqırımda, Qəzza zolağının kütləvi şəkildə bombalanmasında və humanitar yardıma mane olmaqda ittiham olunur. Sərəncamlar İsrail hakimiyyətinin Fələstin anklavında hərbi əməliyyatlar zamanı hərəkətlərinin hərtərəfli araşdırılmasından sonra verilib.

















