1xeber.media xəbər verir ki, Dağıstanda Ka-226 helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, regional Səhiyyə Nazirliyi bildirib.
Zərərçəkən İzberbaşdakı xəstəxanada dünyasını dəyişib.
Həmçinin həmin gün “İzvestiya” mənbəsi KEMZ Konserni zavodunun direktoru İbrahim Axmatovun oğlunun qəza nəticəsində xəsarət aldığını bildirib. 31 yaşlı Axmat Axmatov Mahaçqala xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır, bədəni 35 faiz yanıq xəsarətləri alıb.

















