Amerika qoşunlarının Avropada yerləşdirilməsi dəyişsə də, onların qitədəki ümumi sayı dəyişməz olaraq qalır.
1xeber.media xəbər verir ki, bunu noyabrın 7-də ABŞ prezidenti Donald Tramp bəyan edib.
Amerika lideri Macarıstanın baş naziri Viktor Orbanla görüşü zamanı deyib: "Biz dəyişikliklər edirik, qoşun yeridirik. Ümumi saylar dəyişməz qalır, lakin biz yeri dəyişirik".
Pentaqonun rəhbəri Pete Hegseth əlavə edib ki, qoşunlar Ağ Evlə koordinasiya olmadan yerlərini dəyişdirmirlər.

















