1xeber.media xəbər verir ki, Slovakiya Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsində iştirak etməyəcək.
"Slovakiya, nə qədər ki, mən baş nazirəm, dondurulmuş aktivlərin müsadirə edilməsinə və Ukraynada hərbi xərclər üçün istifadə edilməsinə yönəlmiş heç bir hüquqi və ya maliyyə mexanizmində iştirak etməyəcək", - Slovakiyanın baş naziri bildirib.
Bundan əvvəl Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı Belçika nümayəndə heyəti ilə danışıqlarda uğursuzluğa düçar olmuşdu. O, Belçikanı Euroclear depozitarında dondurulmuş vəsaitlərdən Ukraynaya yardım üçün istifadə etməyə razı salmağa çalışırdı. Sözügedən vəsait 140 milyard avrodur və bu vəsaitlərin Kiyevə təzminat krediti kimi köçürülməsi nəzərdə tutulur.

















