Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev noyabrın 11-12-də ikitərəfli münasibətlərin inkişafı üzrə əsas məsələləri müzakirə etmək üçün görüşəcəklər.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.
Putinin dəvəti ilə Tokayev noyabrın 11-12-də Rusiyaya dövlət səfəri edəcək. Səfər zamanı bir sıra mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Dövlət başçılarının Rusiya və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəkləri, siyasi dialoq, ticarət-iqtisadi əməkdaşlıq, mədəni-humanitar əməkdaşlığa diqqət yetirəcəyi gözlənilir. Əsas regional və qlobal məsələlər də gündəmdə olacaq.

















