Tarixdə ilk dəfə azərbaycanlı futzal hakimi Avropa çempionatının final mərhələsinə təyinat alıb.
Bu barədə 1xeber.medi- a AFFA-dan məlumat verilib.
FIFA referisi Hikmət Qafarlı Latviya, Litva və Sloveniyanın birgə ev sahibliyi edəcəyi 2026-cı ildəki Avropa çempionatında iş başında olacaq.
H.Qafarlı turnir zamanı Latviya və Litvada baş tutacaq matçları idarə edəcək.
Qeyd edək ki, qitə birinciliyinin oyunları 2026-cı il yanvarın 21-dən fevralın 7-dək keçiriləcək.

















