Böyük Britaniya COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün dünya birliyini birləşdirməkdə töhfəsinə görə Azərbaycana təşəkkür edib.
1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın Bakıdakı səfirliyinin X-dəki paylaşımında qeyd olunub.
"Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verərkən, Birləşmiş Krallıq ötən il dünya birliyini iqlim tədbirlərini irəli aparmaq üçün birləşdirdiyinə görə COP29-un Bakıdakı Azərbaycan sədrliyinə təşəkkür edir.
Bakıdan Belenə və sonra London (qlobal istiləşməni) 1,5 C-də saxlamaq üçün qlobal ambisiyaları stimullaşdırmağa davam edir", - Britaniya diplomatik nümayəndəliyinin bəyanatında deyilir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP30) Tərəflər Konfransının 30-cu sessiyasına bu gün Braziliyanın Belen şəhərində start verilib.
COP29 daha əvvəl Azərbaycanda keçirilib.

















