İsrail Livandan ölkənin cənubunda şəxsi evlərə sığınan Hizbullah üzvlərini tərksilah etməyi tələb edib.
İsrail tərəfi bildirib ki, Hizbullah tərəfdarlarının tərksilah tempi qənaətbəxş deyil.
Livan ordusu İsrailin bu tələbini rədd edib. Beyrut bəyan edib ki, hər evdə kütləvi axtarışların aparılması tərksilah prosesini poza, sabitsizliyə və vətəndaş iğtişaşlarına səbəb ola bilər:
"Onlar bizdən tələb edirlər ki, hər evdə axtarış aparaq. Biz bunu etməyəcəyik. Biz onların istədiyi kimi işləməyəcəyik".
Agentlik yazır ki, Livan hərbi rəhbərliyi hazırkı strategiyanın optimal olduğuna inanır və hakimiyyət ilkin plana uyğun olaraq ilin sonuna kimi Hizbullahın tərksilahını başa çatdırmağı hədəfləyir.

















