İstanbul meri vəzifəsindən uzaqlaşdırılaraq həbs edilən Ekrem İmamoğluya qarşı korrupsiya istintaqı başa çatıb.
1xeber.media İHA-ya istinadən xəbər verir ki, İmamoğluya 142 müxtəlif cinayətə görə həbs cəzası istənilib.
İttihamnamədə 828 ildən 2 352 ilə qədər həbs müddəti göstərilib.
Sənəddə 402 şübhəlidən 99-u təşkilatın üzvü, Ekrem İmamoğlu isə təşkilatın qurucusu və lideri kimi təsvir edilib.

















