İran prezidenti Məsud Pezəşkian ölkədə inflyasiyanın artmasına görə hökumət və parlamenti günahlandırıb.
1xeber.media xəbər verir ki, o, sosial şəbəkədə paylaşımında yazıb:
“Günah özümüzdədir. İnflyasiyanın səbəbkarı hökumət və parlamentdir. Gəlin özümüzdən başlayaq. Gəlin bu ilin büdcəsində lazımsız xərcləri aradan qaldıraq. Bu problemi birlikdə həll etməyimizə kömək edin”.

















