Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 28 min 758 nəfər və ya 0,3 faiz artıb.
”Bu barədə 1xeber.media Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin sayı cari ilin oktyabr ayının 1-i vəziyyətinə 10 milyon 253 min 647 nəfərə çatıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bundan başqa, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 45 minə yaxın ölüm qeydə alınıb. Sözügedən aylar ərzində ölkədə 44 min 409 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,7-dən 5,8-ə qədər artıb.

















