ABŞ-nin Nyu-Cersi ştatından olan 47 yaşlı pilot hamburger yedikdən cəmi dörd saat sonra vəfat edib.
1xeber.media xəbər verir ki, bu, tarixdə ətə qarşı allergiya səbəbilə baş vermiş ilk ölüm hadisəsi kimi qeydə alınıb.
Bildirilir ki, allergiya “ulduzlu gənə” adlanan bir gənənin dişləməsi nəticəsində yaranıb. Hadisə 2024-cü ilin sentyabrında baş versə də, səbəbləri yalnız 2025-ci ilin noyabrında müəyyən edilib. Analizlərdən sonra həkimlər kişidə alfa-gal - heyvanların qanında olan və ulduzlu gənənin dişləməsi ilə insana keçən şəkər molekuluna qarşı anticisimlər aşkar ediblər. Bu maddə orqanizmdə ciddi allergik reaksiyaya səbəb ola bilir.

















