Xəbər verdiyimiz kimi, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində baş verən istehsalat qəzası nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.

1xeber.media xəbər verir ki, həyatını itiriən 56 yaşlı Adil İsmayılov Birinci Qarabağ müharibəsində iştirak edib.

Sonrakı illərdə Daxili Qoşunlarda xidmət edib. 2010-cu ildə mayor rütbəsində ehtiyata buraxılıb.