1xeber.media xəbər verir ki, Avropa İttifaqının ali nümayəndəsi Kaja Kallas noyabrın 14-də bildirib ki, Avropa İttifaqı (Aİ) hazırda 20-ci anti-Rusiya sanksiyalar paketi üzərində işləyir.
"20-ci sanksiyalar paketi üzərində iş artıq davam edir", - Kallas mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sanksiyalar Aİ-nin beynəlxalq tərəfdaşları tərəfindən dəstəklənsə, daha effektiv ola bilər. Diplomat vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar guya zəif nöqtələri hədəfləyir.

















