Dünyada nadir görülən hadisələrdən biri yaşanıb.
1xeber.media xəbər verir ki, misirli bir qadın ultrasəs müayinəsinə gedib və eyni anda doqquz uşağa hamilə olduğunu öyrənib.
Həkimlər bu nadir hadisəni ananın mütəxəssis nəzarəti olmadan sonsuzluq dərmanlarından istifadə etməsi ilə əlaqələndiriblər. Bu dərmanlar yumurtalıqların hər dövr üçün birdən çox yumurta istehsal etməsinə səbəb olur. Yüksək doza qəbul etmək birdən çox yumurtanın çıxmasına və eyni vaxtda mayalanmasına səbəb ola bilər.
Qadının doqquz uşağın hamısını dünyaya gətirib-gətirməyəcəyi bəlli deyil. Onun vəziyyəti ilə bağlı şərh verən ginekoloq qeyd edib ki, müasir tibb ananı qorumaq və qalan embrionların böyüməsi və inkişafı üçün daha yaxşı şərait təmin etmək üçün uşaqlıqdakı embrionların sayını azaltmağı tövsiyə edir.

















