Gəncədə 62 yaşlı kişi ehtiyatsızlıqdan ağacdan yıxılaraq xəsarət alıb.
1xeber.media-ın məlumatına görə, hadisə şəhərin Ələkbər Ziyadxan küçəsində baş verib. Şəhər sakini 1963-cü il təvəllüdlü K.Qurbanov xəstəxanaya yerləşdirilib.Müayinı zamanı 62 yaşlı kişinin boynunun sındığı məlum olub. O xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.

















