Əməkdar artist, tanınmış rejissor Nicat Kazımovun oğlu Sənan Kazımov evlənib.
1xeber.media xəbər verir ki, o həmkarı, Gənc Tamaşaçılar Teatrının aktrisası Aygün Fətullayeva ilə ailə həyatı qurub.
Cütlük ötən gün rəsmən nikah bağlayaraq bu barədə görüntüləri sosial şəbəkələrdə paylaşıb.
Qeyd edək ki, onların nişanı bu ilin avqust ayında baş tutub. Sənan və Aygünün toyu isə bu ay keçiriləcək.
Onu da bildirək ki, S. Kazımov “Soyuq Günəş” filmində “Yarməd” obrazı ilə tanınır.

















