Samuxda velosipedçi yol qəzasında xəsarət alıb.
1xeber.media-nın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil velosiped sürən kənd sakini 2010-cu il təvəllüdü R.Əliyevi vurub. Velosipedçi xəstəxanaya yerləşdirilib. Ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

















